Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib - YENİLƏNİB

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib - YENİLƏNİB Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində baş vermiş qətlin üstü “isti izlərlə” açılıb.
Hadisə
27 İyun , 2019 16:14
Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib - YENİLƏNİB

Gürcüstanın Telavi rayonunun Qaracalar kəndində baş vermiş qətlin üstü “isti izlərlə” açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, polis 40 yaşlı azərbaycanlı kişini qətlə yetirməkdə şübhəli bilinən Feyzulla Məmmədovu saxlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.


*** 14:15

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində qətl hadisəsi törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, 40 yaşlarında olan kişi odlu silahla qətlə yetirilib.

Qaracalar kənd sakinləri bildiriblər ki, qətlə yetirilən şəxs Gürcüstanda yaşamayıb və o, bir neçə gün bundan öncə anasına baş çəkmək üçün kəndə gəlib.

Qətlin keçmişdə baş vermiş münaqişə zəminində törədildiyi bildirilir.

Faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi