Gürcüstana 2 kq-dan artıq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana 2 kq-dan artıq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib
Hadisə
10 Oktyabr , 2017 06:04
Gürcüstana 2 kq-dan artıq qızıl aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-də Azərbaycandan Gürcüstana qanunsuz yolla ümumi çəkisi 2,202 kiloqram olan qızıl külçə aparmaq istəyən şəxs saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bəyan olunmamış qızıl "Qırmızı körpü" sərhəd-buraxılış məntəqəsində Gürcüstan gömrükçüləri tərəfindən Azərbaycan vətəndaşının üzərinə baxış zamanı aşkar edilib.

Qızılın ümumi dəyəri 53 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi