Gürcüstan vətəndaşı Qazaxda qəza törədib: xəsarət alanlar var

Gürcüstan vətəndaşı Qazaxda qəza törədib: xəsarət alanlar var Qəzaya sürücünün avtomobili sərxoş halda idarə etməsi səbəb olub
Hadisə
19 May , 2017 21:34
Gürcüstan vətəndaşı Qazaxda qəza törədib: xəsarət alanlar var
Courtesy İmage

Qazax. 19 may. REPORT.AZ/ Qazax rayonunda axşam saatlarında bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Belə ki, Gürcüstan vətəndaşının idarə etdiyi "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər: Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu və Ağstafa rayon sakini, 1983-ci il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıblar.

Hadisə zamanı adı hələlik açıqlanmayan sürücü özü də xəsarət alıb. Həkimlər sürücünün vəziyyətinin normal, sərnişinlərin vəziyyətinin isə orta-ağır olduğu bildiriblər.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş halda idarə etməsi səbəb olub. Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi