Gürcüstan-Türkiyə sərhədində azərbaycanlı qadın saxlanıldı

Gürcüstan-Türkiyə sərhədində azərbaycanlı qadın saxlanıldı Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadın saxlanılıb.
Hadisə
19 Fevral , 2020 11:01
Gürcüstan-Türkiyə sərhədində azərbaycanlı qadın saxlanıldı
Pexels.com

Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan qadın saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan qadının üzərinə keçirilən baxış zamanı ondan 1 702 həb və iki parça “Mdma” narkotik vasitəsi, “Preqabalin” tərkibli 490 kapsul “Lirika” psixotrop maddəsi, 72 qram “Amfetamin” və 237 qram marixuana müsadirə olunub.

Faktla bağlı külli miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanılması və Gürcüstan ərazisinə daxil edilməsi maddəsi üzrə istintaq aparılır. 

Azərbaycan vətəndaşını 8 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir. 

Son xəbərlər

Orphus sistemi