Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib

Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Hadisə
2729
30 İyun , 2020 13:22
Gürcüstan sərhədlərinin kimlər üçün açıq olduğuna aydınlıq gətirilib

"Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, sərhədi yalnız Gürcüstan vətəndaşları, ikili vətəndaşlığı olan şəxslər və onların ailə üzvləri keçə bilirlər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də ölkənin bütün sərhədlərinin əcnəbilər üçün bağlı olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkə koronavirus pandemiyası səbəbindən martın 18-dən xarici vətəndaşlar üçün sərhədlərini bağlayıb.

Son xəbərlər

Orphus sistemi