Gürcüstan Rusiya ilə sərhədi avqustda aça bilər

Gürcüstan Rusiya ilə sərhədi avqustda aça bilər “Gürcüstan Rusiya ilə quru sərhədi bu ilin avqustunda aça bilər”.
Hadisə
20 İyun , 2020 11:25
Gürcüstan Rusiya ilə sərhədi avqustda aça bilər

“Gürcüstan Rusiya ilə quru sərhədi bu ilin avqustunda aça bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze “İzvestiya” nəşrinə bildirib.

Onun sözlərinə görə, bu vaxta qədər Gürcüstan tərəfi Rusiya ilə birbaşa uçuşların bərpasına hazır olduğu barədə danışıb: 

“Lakin pandemiyanın başa çatmadığı dövrdə, yəqin ki, bu barədə danışmaq tezdir. Vəziyyət imkan verən kimi Gürcüstan Rusiyaya birbaşa reysləri bərpa etməyə hazır olacaq. Lakin cavab Rusiyanın qərarından və epidemioloji vəziyyətdən asılı olacaq”.

Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini ötən ilin iyulun 8-də dayandırıb. Gürcü ekspertlərin hesablamalarına əsasən, bu qərar ölkənin turizm sektoruna 1 milyard dollardan çox zərər vurub.

Koronavirus pandemiyasına görə Gürcüstan martın 18-dən sərhədlərini əcnəbilər üçün bağlayıb.

Son xəbərlər

Orphus sistemi