Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir
Hadisə
133
30 Mart , 2021 11:09
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında 105 Azərbaycan vətəndaşı cəza çəkir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların 10-u ittiham edilən, 95-i isə məhkumdur. Aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 2 nəfər azalaraq 28 nəfər olub. Həmin şəxslərin 25-i kişi, 3-ü qadındır.

Qonşu ölkədə həbs cəzası çəkən xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 541, probasiya nəzarətində olan əcnəbilərin sayı isə 220-dir.

Son xəbərlər

Orphus sistemi