Gürcüstan DİN: Tbilisidə etiraz aksiyası zamanı 305 iştirakçı saxlanılıb

Gürcüstan DİN: Tbilisidə etiraz aksiyası zamanı 305 iştirakçı saxlanılıb Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı müxtəlif qanun pozuntularına yol verən 305 iştirakçı saxlanılıb.
Hadisə
21 İyun , 2019 17:01
Gürcüstan DİN: Tbilisidə etiraz aksiyası zamanı 305 iştirakçı saxlanılıb

Ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı müxtəlif qanun pozuntularına yol verən 305 iştirakçı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, aksiya ilkin olaraq dinc şəkildə keçirilsə də, sonradan ciddi qanun pozuntuları və zorakılıqla müşayiət olunub. Aksiya zamanı iştirakçılar və hüquq mühafizə orqanlarının əməkdaşları müxtəlif dərəcəli xəsarətlər alıblar. Etirazçılar polisə məxsus avadanlıqlara ziyan vurublar.

DİN aksiya ilə bağlı Cinayət Məcəlləsinin kütləvi zorakılığın təşkili və ona cəlbetmə maddəsi üzrə istintaqa başlayıb. 

Son xəbərlər

Orphus sistemi