Gürcüstan DİN-in daha bir əməkdaşı saxlanılıb

Gürcüstan DİN-in daha bir əməkdaşı saxlanılıb Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşı saxlanılıb.
Hadisə
16 İyul , 2019 20:26
Gürcüstan DİN-in daha bir əməkdaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

Polis əməkdaşı iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, aksiyanın dağıdılması zamanı istifadə olunan xüsusi vasitələri həddindən artıq tətbiq etməklə iki aksiya iştirakçısına xəsarətlər yetirib.

Qeyd edək ki, ötən gün Gürcüstan DİN-in bir əməkdaşı saxlanılıb.

Son xəbərlər

Orphus sistemi