“Günəşli” yatağında baş vermiş yanğın tamamilə söndürülüb

“Günəşli” yatağında baş vermiş yanğın tamamilə söndürülüb "Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb"
Hadisə
10 Fevral , 2016 20:07
“Günəşli” yatağında baş vermiş yanğın tamamilə söndürülüb

Bakı. 10 fevral. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib: 

"Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq, 10 fevral 2016-cı il tarixində saat 19:24-də yanğın tamamilə söndürülüb".

Son xəbərlər

Orphus sistemi