"Günəşli" yatağında baş verən faciədə həlak olan daha bir neftçi dəfn olunub - FOTO

"Günəşli" yatağında baş verən faciədə həlak olan daha bir neftçi dəfn olunub - FOTO S.Mayılov Quba rayonunun Alpan kəndinin qəbiristanlığında dəfn edilib
Hadisə
8 Dekabr , 2015 13:28
Günəşli yatağında baş verən faciədə həlak olan daha bir neftçi dəfn olunub - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə həlak olan Samir Cahangir oğlu Mayılov bu gün dəfn olunub. "Report" xəbər verir ki, S.Mayılov Quba rayonunun Alpan kəndinin qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində SOCAR-ın nümayəndələri, Xaçmaz rayon icra hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.

Son xəbərlər

Orphus sistemi