​"Gülüstan" sarayında Neftçilər günü münasibətilə bayram tədbiri keçirilib

​"Gülüstan" sarayında Neftçilər günü münasibətilə bayram tədbiri keçirilib Mərasimdə dövlət rəsmiləri iştirak edib
Hadisə
20 Sentyabr , 2015 16:19
​Gülüstan sarayında Neftçilər günü münasibətilə bayram tədbiri keçirilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün, 20 sentyabr neft-qaz sənayesi işçilərinin peşə bayramı - Neftçilər günü və "Əsrin müqaviləsi"nin imzalanmasının 21-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

"Report" xəbər verir ki, "Gülüstan" sarayında keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, dövlət rəsmiləri, millət vəkilləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış Natiq Əliyev bu günün tarixi gün olduğunu qeyd edərək bütün neftçiləri təbrik edib.

Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov öz çıxışında "Əsrin müqaviləsi"nin əhəmiyyətindən, müqavilənin ölkəyə gətirdiyi gəlirlərdən, SOCAR-ın fəaliyyətindən danışıb.

Bayram tədbirində çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev əlamətdar gün münasibətilə neftçiləri təbrik edib, onların böyük işlər gördüyündən, ötən ilin bu günündə təməli qoyulan"Cənub Qaz Dəhlizi" layihəsindən və layihə çərçivəsində böyük işlər görülməsindən danışıb. SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxışında "Əsrin müqaviləsi"nin imzalanması dövrünə aid xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra ona bu ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təltif edildiyi Fəxri fərman təqdim olunub. Fərmanı şirkətin prezidenti Rövnəq Abdullayev təqdim edib.

Tədbirdə neft-qaz sənayesi işçilərinə müxtəlif mükafatlar verilib.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi