“Gül Vüqar”ı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

“Gül Vüqar”ı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Bakı. 25 dekabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
25 Dekabr , 2018 09:52
“Gül Vüqar”ı öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.

İttiham aktına görə, bu il mayın 24-də Sumqayıt şəhər sakini, 1979-cu il təvəllüdlü, gül biznesi ilə məşğul olmuş, “Gül Vüqar” kimi tanınmış Quliyev Vüqar Ənvər oğlu öz işçisi V.Novruzov tərəfindən bıçaqlanıb. V.Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi