Güclü yağış və külək Qərb bölgəsində fəsadlar törədib

Güclü yağış və külək Qərb bölgəsində fəsadlar törədib Axşam saatlarından başlayaraq yağan güclü yağışlar Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib
Hadisə
7 İyul , 2021 23:08
Güclü yağış və külək Qərb bölgəsində fəsadlar törədib
0 : 00
0 : 00

Axşam saatlarından başlayaraq aramsız yağan yağış və güclü külək Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir, Samux və Goranboy rayonlarında ciddi fəsadlar törədib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayonunda leysan yağış selə səbəb olub və bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfata, əkin sahələrinə ziyan vurub.

Şəmkir rayonunda da leysan yağış bir neçə sakinin yaşadığı evin həyətinə dolub. Rayonun bəzi hissəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Bakı-Qazax avtomobil yolunun Gəncə, Şəmkir və Tovuz ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti çətinləşib. Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında da analoji vəziyyət qeydə alınıb.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi