Güclü yağış Bərdənin kəndlərinə verilən işığın kəsilməsinə səbəb olub

Güclü yağış Bərdənin kəndlərinə verilən işığın kəsilməsinə səbəb olub Leysan rayonun elektrik sisteminə ciddi ziyan vurub
Hadisə
5 Oktyabr , 2015 12:43
Güclü yağış Bərdənin kəndlərinə verilən işığın kəsilməsinə səbəb olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən gün gecə saatlarından başlayan leysan xarakterli güclü yağış Bərdə rayonunun elektrik sisteminə ciddi ziyan vurub və böyük fəsadların yaranmasına səbəb olub. "Report"un xəbərinə görə, gecə saatlarından etibarən şəhər mərkəzi ilə yanaşı rayonun bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Səhər saatlarından başlayaraq Rayon Paylayıcı Elektrik Şəbəkəsinin işçiləri şəhərin bəzi küçələrinə elektrik enerjinin verilməsini bərpa etsələr də, bir neçə kəndə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi