Yuxarı

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilib

Bakı. 31 dekabr. REPORT.AZ/ Dekabrın 30-dan 31-nə keçən gecə yağan güclü qar Quba-Xınalıq avtomobil yolunu bağlayıb.

"Report"un məlumatına görə, Qubanın Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayonla əlaqəsi kəsilib.

Əraziyə Quba rayon 6 saylı Yol-İstismar İdarəsinin texnikası cəlb edilib. Hazırda Quba-Xınalıq yolunun 53-cü kilometrliyindən 57-ci kilometrliyinə qədər yol bağlıdır.

Yol-İstismar İdarəsindən "Report"a bildirilib ki, hazırda ərazidə iş gedir, Xınalığa gedən sürücülər bir qədər ehtiyatlı olmalıdırlar.

Xatırladaq ki, Quba-Xınalıq avtomobil yolunda bu il baş verən 4-cü analoji haldır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi