Güclü qar Qəbələnin 8 kəndini işıqsız qoyub

Güclü qar Qəbələnin 8 kəndini işıqsız qoyub "Gün ərzində bütün kəndlərdə elektirik enerjisinin verilməsi təmin olunacaq"
Hadisə
26 Yanvar , 2016 11:52
Güclü qar Qəbələnin 8 kəndini işıqsız qoyub

Bakı. 26 yanvar. REPORT.AZ/ Qəbələ rayonuna yağan güclü qar bir sıra fəsadlar törədib. "Report"un xəbərinə görə, ötən gündən başlayaraq yağan aramsız qar ucqar və dağlıq kəndlərdə elektirik enerjisinin kəsilməsinə səbəb olub. Kəndlərə gedən magistral və paylayıcı xətlərdə naqillər qırılıb və dirəklər aşıb.

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Abil Ağasəfov "Report"a bildirib ki, hazırda rayon elektirik şəbəkəsinin briqadaları kompleks şəkildə ərazilərə cəlb olunub: "Gün ərzində bütün kəndlərdə elektirik enerjisinin verilməsi təmin olunacaq. Rayonun Solquca, Mixliqovaq, Yemişanli, Kotuklu, Uludaş, Dandıx, Abrıx və Qəmərvan kəndlərinin elektrik enerjisi kəsilib".

Qeyd edək ki, rayon ərazisinə və kəndlərə yağan qarın qalınlığı 35-40, dağlıq ərazilərdə isə 50-55 santimetrdir.

Son xəbərlər

Orphus sistemi