Güclü külək və yağış Füzulidə fəsadlar törədib - FOTO

Güclü külək və yağış Füzulidə fəsadlar törədib - FOTO Füzuli. 16 iyun. REPORT.AZ/ Güclü külək və yağış axşam saatlarında Füzuli rayonunda bir sıra fəsadlar törədib.
Hadisə
16 İyun , 2018 21:39
Güclü külək və yağış Füzulidə fəsadlar törədib - FOTO
Foto: "Report"

Füzuli. 16 iyun. REPORT.AZ/ Güclü külək və yağış axşam saatlarında Füzuli rayonunda bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, külək rayonda xüsusən elektrik təsərrüfatına ciddi ziyan vurub. 

Külək binaların dam örtüyünü dağıdıb, iri gövdəli ağacları aşırıb. Habelə rabitə xətlərinə də ziyan vurub.

Küləyin ardınca başlayan güclü yağış əsasən kənd təsərrüfatına ziyan vurub. Yağıntı biçilməmis taxıl zəmilərini yatırıb. Rayonun fövqəladə hallar komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi