Güclü külək və yağış Biləsuvarda transformatorda problemlər yaradıb

Güclü külək və yağış Biləsuvarda transformatorda problemlər yaradıb Son günlər ölkə ərazisində müşahidə olunan güclü külək və yağış Biləsuvar rayonunda transformatorda problemlər yaradıb.
Hadisə
25 oktyabr 2022 11:26
Güclü külək və yağış Biləsuvarda transformatorda problemlər yaradıb

Son günlər ölkə ərazisində müşahidə olunan güclü külək və yağış Biləsuvar rayonunda transformatorda problemlər yaradıb.

Bu barədə "Report"un Muğan bürosuna Biləsuvar Elektrik Şəbəkəsindən məlumat verilib.

Belə ki, bu gün şəhərin mərkəzi hissəsi işıqsız qalıb və şəhər ərazisində iki saata yaxın elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

Şəbəkədən "Report"un yerli bürosuna bildirilib ki, güclü külək və yağış ilə əlaqədar olaraq transformatorda təmirə ehtiyac yaranıb. Qeyd olunub ki, artıq transformatordakı təmir işləri yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi