Güclü külək və intensiv yağış Gəncədə evlərə və təsərrüfata ziyan vurub

Güclü külək və intensiv yağış Gəncədə evlərə və təsərrüfata ziyan vurub Şəhərə dəyən ziyan hesablanır
Hadisə
15 İyun , 2017 13:35
Güclü külək və intensiv yağış Gəncədə evlərə və təsərrüfata ziyan vurub

Gəncə. 15 iyun. REPORT.AZ/ Güclü külək və intensiv yağış Gəncə şəhərində bir sıra fəsadlar törədib.

Gəncə şəhər İcra Hakimiyyətindən "Report"un Qərb bürosuna verilən məlumata görə, bu gün səhər saat 8 radələrindən başlayaraq yağan leysan və dolu şəhərdə ciddi problemlərə səbəb olub. 

Bildirilib ki, şəhərin Şah Bahəddin küçəsində 6 evə su dolub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub. Analoji hal şəhərin Məhsəti qəsəbəsində də baş verib. Qəsəbədə yağan güclü dolu və leysan yağış təsərrüfata və meyvə ağaclarına ziyan vurub, 10-a yaxın fərdi evə qurunt suları dolub.

Məlumata görə, həmin qəsəbədə Gəncə şəhər Mənzil Kominal və Təsərrüfat İdarəsinin əməkdaşları və texnikası çalışır. Şəhərin Nizami küçəsində binanın dam örtüyünü külək qoparıb.

Bundan başqa, Gəncənin Şərq çıxışında yol kənarındakı bir neçə ağac aşıb. Şəhərin bəzi hissələrində enerjinin verilişində qısa müddətli fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar dəymiş ziyanın aradan qaldırılması istiqamətində mühüm işlər görülür. Şəhərə dəyən ziyan hesablanır.

Son xəbərlər

Orphus sistemi