Yuxarı

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırıb - FOTO - VİDEO

Güclü külək ​Tərtərdə yüz yaşlı çinar ağacını aşırıb
© Report

Güclü külək Tərtərdə yüz yaşlı çinar ağacını aşırıb.

"Report"un Qarabağ Mərkəzinin xəbərinə görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.

Gövdəsinin diametri 4 metrə çatan ağacın aşması nəticəsində elektrik xətlərinə və qaz borusuna ziyan dəyib. 

Kənd sakinləri hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, yaranmış problem indiyədək aradan qaldırılmayıb. 

Eyni zamanda kənddə elektrik enerjisinin verlişində də bir neçə saat fasilə yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi