Bakı. 14 noyabr. REPORT.AZ/ Güclü külək Tərtər rayonunda ciddi fəsadlar törədib. "Report" xəbər verir ki, güclü külək Tərtərin Q.Məmmədov küçəsində yerləşən 30 mənzilli yaşayış binasının dam örtüyünü uçurub.
Külək rayonun Əksipara kəndində məskunlaşan, Laçından olan məcburi köçkünlərin yaşadığı evlərə və təsərrufata ciddi ziyan vurb. Bir neçə dəqiqə davam edən güclü külək iri gövdəli ağacları yerindən qoparıb, yaşayış evlərinin damlarını uçurub və kənd ərazisindən keçən yüksək gərginlikli elektrik xəttlərini sıradan çıxarıb.
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisənin baş verdiyi ərazilərə baxış keçirib.
Sıradan çıxan elektirik xətlərini bərpa etmək üçün rayon Paylayıcı Elektik Şəbəkəsinin əməkdaşları ərazilərdə təmir-bərpa işləri aparır.
Güclü külək Tərtər rayonunda ciddi fəsadlar törədib - FOTO
Hadisə
14 Noyabr , 2015
15:15
https://static.report.az/photo/f0827de8-cdf3-4aa0-92f0-1cc0a50e6fd1.jpg