Yuxarı
    Bağlamaq

    Güclü külək şimal rayonlarında fəsadlar törədib, evlərin, məktəblərin damı uçub

    Təbii fəlakətlə bağlı Quba və Siyəzən rayon icra hakimiyyətlərində xüsusi komissiyalar yaradılıb

    Quba. 24 aprel. REPORT.AZ/ Ötən gecə baş verən güclü külək şimal rayonlarında bir sıra fəsadlar törədib. 

    "Report"un Şimal bürosu xəbər verir ki, təbii fəlakətlə bağlı Quba və Siyəzən rayon icra hakimiyyətlərində xüsusi komissiyalar yaradılıb. Komissiya üzvləri bu gün səhər saatlarında əraziyə baxış keçirib, hazırda əhaliyə dəymiş ziyanın miqdarı dəqiqləşdirilir. 

    Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov "Report"a bildirib ki, Qonaqkənd, Rustov, Nügədi Qazmalar və Cimi kəndinlərindəki yaşayış evlərinə ciddi ziyan dəyib. Bundan başqa, Cimi kənd tam orta məktəbinin damı uçub. 

    Siyəzən rayon Fövqəladə Hallar Komissiyasının sədri Zəfər Əliyev "Report"a deyib ki, rayon mərkəzində yerləşən 5 mərtəbəli binaların damı uçub: "Nəticədə bir neçə avtomobilə də ziyan vurub. Siyəzən Polimer Sənaye Parkının damı da uçaraq qonşuluqdakı yaşayış evinin üzərinə düşüb. Bununla yanaşı, rayonun kəndlərində də ziyan dəyən evlər var. Hazırda dəymiş ziyanı müəyyənləşdiririk. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinə də məlumat vermişik".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi