Külək Sabunçunun qaz xətlərini zədələyib, istilik təchizatında fasilə yaranıb - FOTO

Külək Sabunçunun qaz xətlərini zədələyib, istilik təchizatında fasilə yaranıb - FOTO Paytaxtdakı güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.
Hadisə
2 Noyabr , 2019 21:49
Külək Sabunçunun qaz xətlərini zədələyib, istilik təchizatında fasilə yaranıb - FOTO

Paytaxtdakı güclü külək qaz təsərrüfatına ziyansız ötüşməyib.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Gəncəvi küçəsi 25 ünvanında irigövdəli ağac 100 mm diametrlik qaz xəttinin üzərinə aşıb. Nəticədə 8 beşmərtəbəli binada qaz təchizatı dayandırılıb. 

Sabunçu rayonu Ramana qəsəbəsi "Südcülük sovxozu" adlanan yaşayış massivində daş hasar sayğaclara qoşulmuş bir neçə müxtəlif diametrli qaz xəttinin üzərinə aşıb. Bu hadisə 200 abonentin qazla təminatında fasilə yaranmasına səbəb olub. 

“Azəriqaz” İstehsalat Birliyinin əlaqədar qurumları fəsadların aradan qaldırılması üçün xüsusi rejimdə çalışır.

Son xəbərlər

Orphus sistemi