Yuxarı
    Bağlamaq

    Güclü külək Quba rayonunu işıqsız qoyub

    Gecə saatlarında başlayan külək bir sıra problemlər yaradıb

    Bakı. 18 fevral. REPORT.AZ/ Gecə saat 23:00 radələrində başlayan güclü külək Quba rayonunu işıqsız qoyub.

    "Report" xəbər verir ki, güclü külək yollarda da çətinliklər yaradıb.

    Quba-Xaçmaz yolunda olan bəzi çürük ağacların budaqları yola aşıb. Yoldan istifadə edən sürücülərin köməkliyi ilə yolları ağac budaqlarından təmizləmək mümkün olub. Eyni zamanda rayonun dağ kəndlərinə gedən elektrik xəttlərində problemlər yaranıb. Təhlükəsizlik məqsədi ilə Quba-Qonaqkənd, Quba-Xaltan, Quba-Buduq, Zeyid, Quba-Söhüb və Quba-Xınalıq kəndlərində elektrik enerjisi dayandırılıb.

    Dağ kəndləri ilə yanaşı rayonun özündə də elektrik enerjisinin verilişi dayandırılıb. Hal hazırda isə güclü külək davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi