Yuxarı

Güclü külək Qəbələ-İsmayıllı avtomobil yolunun bağlanmasına səbəb olub

Güclü külək Qəbələ-İsmayıllı avtomobil yolunun bağlanmasına səbəb olub
Yol irigövdəli ağacların aşması nəticəsində bağlanıb

Bakı. 21 may. REPORT.AZ/ Güclü külək nəticəsində Qəbələ-İsmayıllı avtomobil yolunun Qəbələ rayon Vəndam qəsəbəsi və İsmayıllı rayon Topçu kəndi ərazilərindən keçən hissəsində iri gövdəli ağacların aşması nəticəsində avtomobil yolu bağlanıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq müvafiq tədbirlər görülüb və nəqliyyatın hərəkəti bərpa edilib. Əməliyyat saat 18:42-də başa çatmışdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi