Güclü külək nəticəsində Bakıda 93 ağac sınıb

Güclü külək nəticəsində Bakıda 93 ağac sınıb Gecə saatlarında güclü külək səbəbindən Bakı şəhərində 93 ağac və iri budaq sınıb.
Hadisə
11 noyabr 2021 05:56
Güclü külək nəticəsində Bakıda 93 ağac sınıb
0 : 00
0 : 00

Bakıda gecə saatlarında əsən güclü külək 93 ağac və iri budağı sındırıb.

Bu barədə "Report"a Bakı Şəhər Yaşıllışdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, qurumun və kommunal xidmətlərin əməkdaşları tərəfindən ağacların ərazidən yığışdırılması istiqamətində iş görülür.

Qeyd edək ki, ötən gündən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, güclü külək əsib. Noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

Son xəbərlər

Orphus sistemi