Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib

Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib Şəhərin ayrı-ayrı ərazilərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb
Hadisə
23 Noyabr , 2017 05:49
Güclü külək Mingəçevirdə bir sıra fəsadlar törədib

Mingəçevir. 23 noyabr. REPORT.AZ/ Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.

"Report"un Şirvan bürosu xəbər verir ki, təbii hadisə iri gövdəli ağacları kökündən çıxarıb.

Bununla yanaşı, şəhərdə elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb. Elektrik təsərrüfatında baş verən qəzalar şəhərin ayrı-ayrı ərazilərində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

M.Maqomayev prospektində, N saylı hərbi hissənin yaxınlığında və bir sıra digər itiqamətlərdə iri ağaclar gövdəsindən qoparaq yollara və səkilərə düşüb.

Son xəbərlər

Orphus sistemi