Güclü külək Cəlilabadda fəsadlar törədib

Güclü külək Cəlilabadda fəsadlar törədib Ölkə ərazisində müşahidə olunan güclü külək Cəlilabad rayonunda bir sıra fəsadlar törədib
Hadisə
5 May , 2021 22:43
Güclü külək Cəlilabadda fəsadlar törədib
0 : 00
0 : 00

Ölkə ərazisində müşahidə olunan güclü külək Cəlilabad rayonuna ziyan vurub.

"Report"un Muğan bürosunun məlumatına görə, təbiət hadisəsi rayonda bir sıra fəsadlara səbəb olub.

Belə ki, bu gün səhər saatlarından etibarən rayon ərazisində əsən külək və leysan yağışlar bəzi kəndlərində elektrik enerjisi xəttlərini sıradan çıxarıb.

Bu səbəbdən rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xoşbəxtlikdən güclü külək nəticəsində hər hansı bədbəxt hadisə baş verməyib.

Son xəbərlər

Orphus sistemi