Yuxarı

Güclü külək Bərdədə bir sıra fəsadlar yaradıb - FOTO

Çoxmənzilli yaşayış binalarının dam örtükləri sıradan çıxıb

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Bərdə rayonunda bir sıra fəsadlara səbəb olub. 

Bərdə Mənzil-Təmir İstismar Sahəsindən "Report"a bildirilib ki, rayon üzrə bütün çoxmənzilli binaların dam örtüklərinə baxış keçirilir və təbii hadisənin törətdiyi fəsadlar aradan qaldırılır: "Yağış suları bir neçə mənzilin içərisinə dolub, yollarda iri gölməçələr yaranıb. Bundan başqa, güclü külək çoxmənzilli yaşayış binalarının dam örtüklərini sıradan çıxarıb və yararsız hala salıb". 

Qeyd edək ki, aramsız yağan yağış səbəbindən Tərtər çayında suyun səviyyəsi artıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi