Güclü külək Bakının 6 rayonunda ağacları qırıb - FOTO

Güclü külək Bakının 6 rayonunda ağacları qırıb - FOTO Bakıda ötən gecə müşahidə olunan güclü külək fəsadsız ötüşməyib.
Hadisə
27 May , 2019 15:12
Güclü külək Bakının 6 rayonunda ağacları qırıb - FOTO

Bakıda ötən gecə müşahidə olunan güclü külək fəsadsız ötüşməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov “Report”a bildirib ki, paytaxtın bir neçə rayonunda küləyin gücü səbəbindən ağaclar qırılıb.

O qeyd edib ki, Bakının 6 rayonunda - Sabunçu, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və Suraxanıda ağac aşıb: "Həmin ağaclar idarənin əməkdaşları tərəfindən təmizlənib".

Son xəbərlər

Orphus sistemi