​“Grandmart”ın şöbə müdiri: “Mağazanın kassasından aparılan 65 min manat dörd günlük satış həcmidir”

​“Grandmart”ın şöbə müdiri: “Mağazanın kassasından aparılan 65 min manat dörd günlük satış həcmidir” “Mühafizə polisinin əməkdaşları təlimatı pozub”
Hadisə
10 Noyabr , 2014 15:47
​“Grandmart”ın şöbə müdiri: “Mağazanın kassasından aparılan 65 min manat dörd günlük satış həcmidir”

Bakı. 10 noyabr. REPORT.AZ/ “Grandmart” marketlər şəbəkəsinin B.Nuriyev ünvanında yerləşən mağazasının təhlükəsizlyi gecə nəzarətçisi tərəfindən deyil, muhafizə polisi tərəfindən yerinə yetirilir”. Bunu “Report”a “Grandmart” marketlər şəbəkəsinin marketinq şöbəsinin müdiri Fariz Abdulkərim deyib.

O bildirib ki, oğurluq hadisəsi 13 oktyabr 2014-cü il tarixində 02:53 radələrində baş verib: “Bu hadisə barədə məlumat birbaşa həyəcan siqnalı vasitəsi ilə mühafizə polisinin “pult”una daxil olub. Mühafizə polisi öz növbəsində hadisə baş vermiş mağazaya 03:05 radələrində, yəni həyəcan siqnalından 8 dəqiqə sonra gəlib. Əraziyə gələn mühafizə polisinin əməkdaşları təlimata uyğun olaraq, hadisə yerinə gəldiyi zaman mağaza administrasiyasından məsul şəxslərdən birinə xəbər verməli və mağaza rəhbərliyindən kimsə gəldikdən sonra birlikdə mağazaya daxili və xarici birgə baxış keçirilməli idi. Lakin reallıqda mühafizə polisinin əməkdaşları bu təlimatı pozub və yalnız mağazanın ofis qapısını yoxlayaraq ərazidən uzaqlaşıblar”.

F.Abdulkərim qeyd edib ki, mağazanın kassasından aparılan 65 min manat bir günlük deyil, dörd günlük satış həcmidir.

“Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir. Azərbaycan dövlətinin müvafiq orqanlarına güvənib bu qarət hadisəsinin tez bir zamanda həll olunacağına inanırıq” –  deyə, F.Abdulkərim əlavə edib.

Son xəbərlər

Orphus sistemi