"Grand Motors" məhkəməyə verilib

"Grand Motors" məhkəməyə verilib Qarşı tərəf dəymiş ziyanın ödənilməsini tələb edir
Hadisə
3 Sentyabr , 2015 17:11
Grand Motors məhkəməyə verilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Unileasing" Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Grand Motors" MMC-ni məhkəməyə verib.

“Report”un xəbərinə görə, lizinq şirkəti dəymiş ziyanın ödənilməsini tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Xatırladaq ki, bir neçə il əvvəl "Unileasing" "Grand Motors" şirkəti ilə birgə "New Holland" italyan şirkəti ilə ümumi dəyəri 3,2 milyon ABŞ dollarından artıq olan müqavilə bağlayıb.

Qeyd edək ki, "Unileasing" QSC 2004-ci ildə "Unibank", Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunub. "Grand Motors" isə 2005-ci ildə təsis edilib.

Son xəbərlər

Orphus sistemi