Gözəl Bayramlının məhkəməsi başlayır

Gözəl Bayramlının məhkəməsi başlayır Bakı. 22 noyabr. REPORT.AZ/ AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.
Hadisə
22 Noyabr , 2017 14:07
Gözəl Bayramlının məhkəməsi başlayır

Bakı. 22 noyabr. REPORT.AZ/ AXCP sədrinin müavini Gözəl Bayramlının barəsində olan cinayət işi baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilib.

Bu barədə "Report"a G.Bayramlının vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, cinayət işi Qazax Rayon Məhkəməsinin sədri Ağarza Səmədovun icraatına verilib.

Qeyd edək ki, məhkəmənin hazırlıq iclası noyabrın 30-na təyin edilib. Rəsmi məlumata əsasən, G.Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.

Özünü şübhəli apardığına görə, onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

İlkin araşdırmalarla G.Bayramlının 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi