Göygöldə zəncirvari avtomobil qəzası baş verib - FOTO

Göygöldə zəncirvari avtomobil qəzası baş verib - FOTO Göygöl rayonunda zəncirvari avromobil qəzası olub.
Hadisə
27 Yanvar , 2020 23:46
Göygöldə zəncirvari avtomobil qəzası baş verib - FOTO

Göygöl rayonunda zəncirvari avromobil qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygölün Quşqara kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Benz" markalı avtomobil əvvəlcə arxadan "QAZel" markalı yük avtomobilinə, daha sonra isə mikroavtobusa çırpılıb. Zərbənin gücündən "QAZel" yoldan çıxaraq aşıb. 

Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi