Göygöldə yük maşını qadını vuraraq öldürüb

Göygöldə yük maşını qadını vuraraq öldürüb Göygöl. 13 avqust. REPORT.AZ/ Gəncə-Daşkəsən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 Avqust , 2018 15:48
Göygöldə yük maşını qadını vuraraq öldürüb

Göygöl. 13 avqust. REPORT.AZ/ Gəncə-Daşkəsən avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un yerli bürosunun verdiyi məlumata görə, qəza Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili yolu keçmək istəyən Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini, 1961-ci il təvəllüdlü Səkinə Adil qızı Babayevanı vurub. Yaralı xəstəxanaya aparılan zaman yolda keçinib.

Hadisəni törədən sürücü isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi