Göygöldə yük maşını 82 baş qoyunu vuraraq tələf edib

Göygöldə yük maşını 82 baş qoyunu vuraraq tələf edib Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
4 May , 2017 11:59
Göygöldə yük maşını 82 baş qoyunu vuraraq tələf edib
Report.az

Göygöl. 4 may. REPORT.AZ/ Göygöl rayonunda yük maşını 82 baş qoyunu vuraraq tələf edib.

"Report" xəbər verir ki, hadisə mayın 2-də saat 18 radələrində rayonun Quşqara kəndi ərazisində baş verib.

Belə ki, Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Nəticədə 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanlıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi