Göygöldə yol qəzasında avtomobillərdən biri aşıb

Göygöldə yol qəzasında avtomobillərdən biri aşıb Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
8 Dekabr , 2021 15:35
Göygöldə yol qəzasında avtomobillərdən biri aşıb

Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Hacıməlik kəndinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tayota-Hilux" markalı avtomobil qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılaraq aşıb. Nəticədə aşan avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi