Göygöl rayonunda "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı iri daşa çırpılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza Yeni Zod ərazisində baş verib.
Hadisə nəticəsində 1994-cü il təvəllüdlü İbrahim Tağıyev xəsarət alıb. Qeyd edilir ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan digər şəxs xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
***20:10
Göygöl rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yeni Zod ərazisində baş verib.
Hadisə yerinə dövlət yol polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, qəza zamanı xəsarət alan var.
Faktla bağlı araşdırma aparılır.