Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub Bakı-Qazax avtomobil yolunda yol qəzası baş verib.
Hadisə
8 Dekabr , 2021 20:06
Göygöldə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub

Bakı-Qazax avtomobil yolunun Göygöl rayonundan keçən hissəsində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində xəsarət alan Paşa Həmzəyev və Gündüz Çobanov əvvəlcə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Daha sonra yaralılar Gəncədəki xəstəxanaların birinə göndərilib. P.Həmzəyevin vəziyyəti ağır qiymətləndirilir. 

Qəza nəticəsində G.Çobanovun oğlu da avtomobildə olub. Ona ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

19:03

Bakı-Qazax avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl rayonu ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobil iki "KamAZ" markalı yük maşının arasında əzilib.

İlkin məlumatlara görə, minik maşınında olan 3 nəfər xəsarət alıb. Onlardan biri uşaq olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi