Göygöl. 11 avqust. REPORT.AZ/ Göygöl rayonunda yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil əvvəlcə "VAZ-2107" markalı minik maşını ilə toqquşub, daha sonra isə yol ayırıcı dəmir maneəyə çırpılıb. Nəticədə "VAZ-2106" markalı avtomobildə olan 4 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır, birininki isə orta-ağırdır. Onlar xəstəxanaya çatdırılıb, müalicələri davam etdirilir. "VAZ-2107" markalı minik maşınının sürücüsü isə yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilməyib.
Yaralılardan üçünün kimliyi məlum olub. Bunlar Göygöl rayon sakini, 1992-ci il təvəllüdlü Tərzan Rauf oğlu Abdullayev, Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Hikmət Nəcəf oğlu Osmanov, 1993-cü il təvəllüdlü Kamil Musayevdir.
Faktla bağlı araşdırma aparılır.