Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB Hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Hadisə
1299
19 Noyabr , 2017 19:52
Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

Göygöl. 19 noyabr. REPORT.AZ/ Göygöldə iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət almış yaralılardan biri - 1993-cü il təvəllüdlü Elxan İntizam oğlu Nəbiyev xəstəxanada dünyasını dəyişib.

Digər yaralılar - 1986-cı il təvəllüdlü Asim Xıdırov və onun həyat yoldaşı - 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, onların az yaşlı övladları, habelə sürücünün qardaşı - 1978-ci il təvəllüdlü Əziz Xıdırov, eləcə də digər avtomobildə olan Feyman Mirzəyev və 1965-ci il təvəllüdlü İsmail Əmirov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.


***16:12

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yaralılardan biri, 1993-cü il təvəllüdlü Göygöl rayon Şəhriyar kənd sakini Nəbiyev Elxan İntizam oğlu Gəncədəki xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi