Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB-2

Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB-2 Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub.
Hadisə
15 Noyabr , 2019 18:17
Göygöldə yol qəzası baş verib, ölən və yaralananlar var - YENİLƏNİB-2

Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1992-ci il təvəllüdlü Elnur Fazil oğlu Qocayevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişin İlkin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.


*** 17:41

Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza nəticəsində rayon sakini, 1996-cı il təvəllüdlü Gülnür Fazil qızı Qocayeva hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib. 

Hadisəyə səbəb yüksək sürətlə hərəkətdə olan "Niva" markalı avtomobilin idarəetmədən çıxaraq aşması olduğu bildirilir. 


*** 16:23

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Zurnaabad kəndində qeydə alınıb. 

Qəza zamanı ölən və yaralananların olduğu bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Belə ki, "Niva" markalı avtomobil qəzaya uğrayıb.  Avtomobilin sürücüsü, 

Son xəbərlər

Orphus sistemi