Göygöldə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Göygöldə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var Göygöl rayonunda avtomobil qəzası baş verib.
Hadisə
3 Avqust , 2020 22:44
Göygöldə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Göygöl rayonunda avtomobil qəzası baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində 1978-ci il təvəllüdlü Bəkir İlyasov xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Hadisənin səbəbləri Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi