Göygöldə yol-nəqliyyat hadisəsi oldu

Göygöldə yol-nəqliyyat hadisəsi oldu Göygöl rayonunda avtomobil qəzası baş verib.
Hadisə
689
24 Avqust , 2020 21:50
Göygöldə yol-nəqliyyat hadisəsi oldu

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb.

Belə ki, Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi zərər dəyib. 

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Fakta bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları  tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi