Göygöldə vəhşi heyvanlar tərəfindən parçalanan kişi meyiti tapılıb - YENİLƏNİB

Göygöldə vəhşi heyvanlar tərəfindən parçalanan kişi meyiti tapılıb - YENİLƏNİB Göygöl. 29 yanvar. REPORT.AZ/ Göygöl rayonunda vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi məlum olub.
Hadisə
29 Yanvar , 2019 11:19
Göygöldə vəhşi heyvanlar tərəfindən parçalanan kişi meyiti tapılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Göygöl. 29 yanvar. REPORT.AZ/ Göygöl rayonunda vəhşi heyvanlar tərəfindən parçalanmış vəziyyətdə meyiti tapılan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, aparılan araşdırma zamanı onun 1963-cü il təvəllüdlü Zaməddin Misir oğlu Zeynalov olduğu müəyyən edilib. 

Yaxınlarının bildirdiyinə görə, Z.Zeynalov 1 həftə öncə itkin düşüb.

Onun hansı şəraitdə öldüyü, məsələdə cinayət olub-olmadığı hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.


*** 9:21

Göygöl. 29 yanvar. REPORT.AZ/ Göygöl rayonunda kişi meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, meyit rayonun Nadil kəndi ərazisində aşkarlanıb.

Meyitin müxtəlif hissələri vəhşi heyvanlar tərəfindən yeyilmiş-didilmiş halda olduğundan onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi