Göygöldə usta işlədiyi evi soyub - FOTO

Göygöldə usta işlədiyi evi soyub - FOTO Göygöl rayonunda işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
18 Yanvar , 2020 17:32

Göygöl rayonunda işlədiyi evdən oğurluq edən şəxs saxlanılıb. 

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Aydın Cəfərov naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov muxtar respublikada saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı, o, törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi