Göygöldə üç maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Göygöldə üç maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB Göygöl. 24 iyun. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub.
Hadisə
24 iyun 2018 18:14
Göygöldə üç maşın toqquşub, 5 nəfər yaralanıb - FOTO - YENİLƏNİB

Göygöl. 24 iyun. REPORT.AZ/ Göygöl rayonunda baş verən ağır yol-nqəliyyat hadisəsi zamanı xəsarət alan 5 nəfərin adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində Ağstafa rayon Dağkəsəmən kənd sakinləri - Namazov Rüfət Arif oğlu (1976-cı il təvəllüdlü), Xəlilova Günay Əbülfəz qızı (1986), Xəlilova Mahirə Abdülrəhman qızı (1950), Həsənov Zaur Əlamdar oğlu (1978) və Şəmkir rayon sakini İbrahimov Kərim İbrahim oğlu (1960) xəsarət alıb.


***21:4Göygöl. 24 iyun. REPORT.AZ/ Göygöl rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza "Mercedes" markalı avtomobilin əvvəlcə traktora, daha sonra isə "VAZ-2104" markalı avtomobilə çırpılması nəticəsində baş verib.

Hadisə yerinə "təcili tibbi yardım" briqadası və DYP əməkdaşları cəlb olunub.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi