Yuxarı
    Bağlamaq

    Göygöldə Türkmənistandan olan turist hündürlükdən yıxılaraq ağır xəsarət alıb

    Yaralının vəziyyəti ağırdır

    Göygöl. 4 iyun. REPORT.AZ/ Göygöldə Türkmənistan vətəndaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

    "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üç Təpə kəndində baş verib.

    Kəndə qonaq gələn 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi