Göygöldə traktorlardan ibarət toy karvanında qəza baş verib - YENİLƏNİB - VİDEO

Göygöldə traktorlardan ibarət toy karvanında qəza baş verib - YENİLƏNİB - VİDEO Video əlavə olunub
Hadisə
8 aprel 2019 08:38
Göygöldə traktorlardan ibarət toy karvanında qəza baş verib - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


***

7 aprel, saat 15:08

Göygöl rayonu ərazisində toy karvanında traktor qəzaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonda keçirilən toy mərasimində bəy tərəfi traktorlardan ibarət toy karvanı təşkil edib.

Bəzədilən traktorlardan biri idarəetməni itirərək səkiyə çıxıb və aşıb. Qəza nəticəsində xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi